Ukraynada müharibə başlayandan bəri Rusiyaya 10 mindən çox sanksiya tətbiq olunub.
Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, sanksiyalar Rusiyanın şirkətlərinə, həmçinin fiziki və hüquqi şəxslərinə şamil edilib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən ilin fevralın 24-də başlayıb və müharibə bir ildən artıqdır davam edir.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) bu gün Rusiyaya qarşı 10-cu sanksiyalar paketini elan edib.