Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

AMEA prezidenti: “Azərbaycan sülhsevər, ədalətli ölkədir”

“Azərbaycan sülhsevər, ədalətli ölkədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Qarabağı, digər rayonlarə işğaldan azad edib. Xocalı soyqırımı qurbanlarının qisası alınıb.

“Dövlətimiz Böyük Qayıdışla Qarabağı yenidən quraraq özünün sülhsevər siyasətini və siyasi varlığını bir daha sübut etmiş olur. Azərbaycan sülhsevər, ədalətli ölkədir. Xalqımız inanır ki, ölkə başçısının rəhbərliyi ilə Zəngəzur dəhlizi açılacaq, bölgəyə sülh və əmin-amanlıq gələcək”, – AMEA prezidenti əlavə edib.

Check Also

Əziz Ələkbərli: Qərbi Azərbaycanda bizim zəngin mədəni irsimiz, çoxlu memarlıq abidələrimiz var

Azərbaycanın müxtəlif universitetlərində Qərbi Azərbaycanla bağlı elmi-tədqiqat şöbələrinin açılması prosesi davam edir. Memarlıq və İnşaat …