Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

AEBA Zaporojye AES-lə bağlı müzakirələrin uğurla nəticələnəcəyinə inanır

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye Atom Elektrik Stansiyasında (AES) təhlükəsiz zonanın yaradılması istiqamətində Rusiya və Ukrayna ilə lazımi müzakirələr aparır və tezliklə uğurlu nəticələr əldə etməyə ümid edir”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AEBA-nın baş direktoru Rafael Qrossi deyib.

Onun sözlərinə görə, bu AES-in müharibə zonasında yerləşdiyini və buna görə də böyük təhlükə yaratdığını unutmaq olmaz: “Agentliyin məsələyə dərhal müdaxilə etməsi məhz bununla bağlıdır”.

R.Qrossi bildirib ki, AEBA təkcə Zaporojye AES-də təmsil olunmur: “Bizim Ukraynanın bütün digər nüvə obyektlərində fəaliyyət göstərən daimi ekspert qruplarımız var”.

Check Also

İrana zərbə planlarının Trampla müzakirə olunacağı tarix açıqlandı

Ağ Ev administrasiyası İrana qarşı hədəfli hücumlar və orada kiberhücumlar etməyi nəzərdən keçirir. Boyukmillet.com xəbər verir …