Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanın Malayziyadakı səfiri bu ölkədə təhsil alacaq badmintonçuları qəbul edib

Azərbaycanın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov Azərbaycan badmintonçuları Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, səfir iki il müddətində Petronans Malayziya Badminton Akademiyasında bu idman növünün sirlərinə yiyələnəcək yeniyetmə badmintonçuları qəbul edib.

Görüşdə Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev də iştirak edib.

İrfan Davudov səfirlik olaraq yeniyetmə badmintonçulara daim dəstək olacaqlarını və onların orada idmançı kimi inkişafı baxımdan əllərindən gələni etməyə hazır olduqlarını bildirib.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …