Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar Ankarada səfərdə olan Xorvatiya müdafiə naziri Mario Banoziclə görüşüb.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
H.Akar Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Nazirlər, həmçinin terrorla mübarizə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.