Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Masallıda narkotikin təsiri altında avtomobili idarə edən şəxs sürücülük hüququndan məhrum edilib

Masallıda narkotikin təsiri altında sükan arxasına keçən şəxs sürücülük hüququndan məhrum edilib.

Boyukmillet.com xəbər verir ki, Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-21154” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini R.Musayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, R.Musayevin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Musayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.

Check Also

Bakıda 37 yaşlı piyadanı avtomobil vurub

Bakının Xətai rayonunda 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, 1987-ci …