Cümə , 13 Mart 2026
Drone Cameras

ABŞ ən güclü silahlarından Türkiyəyə satacaq? – Nazir şərtləri açıqladı

Türkiyə “S-400” zenit raket komplekslərini Rusiyaya geri qaytarmadığı müddətcə, ABŞ ona “Patriot” hava hücumundan müdafiə sistemləri satmayacaq.

Bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb.

Nazirliyin mətbuat katibi Conatan Hoffman media nümayəndələrinin suallarını cavablandırarkən Türkiyənin tələbi ilə bağlı bunları deyib: “Müdafiə naziri Mark Esperin məsələ ilə bağlı mövqeyi bəllidir. Türkiyə “S-400”ləri geri vermədiyi müddətdə “Patriot”a sahib ola bilməz”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada ABŞ-a “Patriot”larla bağlı təklif yolladıqlarını və bu sistemlərdən ala biləcəklərini demişdi. (publika.az)

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …