Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

ABŞ 100-dən çox hindistanlı miqrantı vətəninə deportasiya edib

ABŞ-nin deportasiya edilmiş Hindistan miqrantlarını daşıyan üçüncü “C-17” hərbi-nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab ştatına çatıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti məlumat yayıb.

“HHQ təyyarəsi ilə ABŞ-də qeyri-qanuni yaşayan 112 hindistanlı vətənə qaytarılıb. Onların arasında Qucarat, Pəncab, Uttarakhand, Uttar-Pradeş, Haryana və Himaçal-Pradeş ştatlarının sakinləri var”, – məlumatda qeyd edilib.

Fevralın əvvəlindən ümumilikdə 335 hindistanlı deportasiya edilib.

Hindistan rəhbərliyi vurğulayıb ki, Nyu-Delhi deportasiya edilən bütün qeyri-qanuni miqrantları qəbul edəcək və Vaşinqtonla əməkdaşlıq edəcək. ABŞ-də deportasiya edilə biləcək 18 min hindistanlı aşkar edilib.

Xatırladaq ki, yanvarın 20-də Tramp ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların “fəlakətli müdaxiləsinin” qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.

Check Also

Ukrayna şəhərlərinə raket, PUA-zərbələri endirilib – Zelenski açıqlama yaydı

Rusiya ordusu bazar günü axşam və bazar ertəsinə keçən gecə Ukraynanın bir neçə bölgəsini yenidən …