Cümə , 10 May 2024
Drone Cameras

ABŞ Azərbaycanın terrorçuluqla mübarizəsini yüksək qiymətləndirib

“Azərbaycan hökuməti 2020-ci ildə hökuməti quru və dəniz sərhədləri üzərindən, Cənubi Qafqaz vasitəsilə insanların, vəsaitlərin, məhsulların terrorçuluq məqsədilə hərəkət cəhdlərini əngəlləmək, aşkarlamaq və qarşısını almaq üçün məqsədyönlü işlər görüb”.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada terrorçuluqla bağlı illik hesabatında bildirilir.

Həmçinin 2020-ci ildə Azərbaycanda terror hücumlarının qeydə alınmadığı, dünyəvi bəlaya qarşı mübarizə sahəsində qanunlara müvafiq dəyişikliklər gətirildiyi qeyd olunur.

Hesabatda bir sıra beynəlxalq təşkilatın üzvü olan Azərbaycanın NATO-nun Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasında iştirak edərək bu ölkəyə 120 sülhməramlısını göndərdiyi də diqqətə çatdırılır.

“Azərbaycan təhlükəsizlik qüvvələri terror hücumlarının qarşısını almaq üçün əməliyyatlar keçirib, terrorçuluqda şübhəli sayılan şəxsləri təqib və həbs edib”, – hesabatda göstərilir.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …