Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Rusiyadan ölkəyə xeyli miqdarda siqaretlərin gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Boyukmillet.com-un komitəyə istinadən verdiyi məlumata görə, İdarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya Federasiyası istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində saxlanılıb və stasionar rentgen qurğusundan keçirilib.

Şübhəli təsvirlərin müşahidə olunduğu avtomobilin yoxlanılması zamanı yük yerində mal-müşayiət sənədlərində qeyd olunmayan 149 800 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …