25 sentyabrda başa çatan hərbi təlimlərdən sonra ABŞ ordusu Tomahawk orta mənzilli qanadlı raketlərinin buraxılması üçün istifadə edilən Typhon mobil yerüstü buraxılış qurğularını Yaponiyadan çıxarmayıb.
Boyukmillet.com xəbər verir ki, məlumatı Kyodo xəbər agentliyi bir neçə Yaponiya ictimai təşkilatının bəyanatına əsasən yayıb. Yaponiya Müdafiə Nazirliyinə təqdim edilən sənəddə nazirlik Typhon buraxılış qurğularını dərhal ölkədən çıxarmağa çağırılıb. Onlar sentyabr ayında keçirilən genişmiqyaslı ABŞ-Yaponiya hərbi təlimlərinin bir hissəsi olaraq İvakunidə ABŞ Dəniz Piyadaları Hava Stansiyasında yerləşdirilib. Yaponiya Müdafiə Nazirliyi buraxılış qurğularının təlimlərin bitməsindən bir həftə sonra çıxarılacağına söz verib. Lakin Kyodo xəbər verir ki, İvakuni şəhər hökuməti Typhon buraxılış qurğularının bazada qaldığına inanır.
Bu sistemlər 1600 km mənzilli SM-6 çoxməqsədli raketləri və Tomahawk qanadlı raketlərini buraxa bilər. ABŞ bundan əvvəl 2024-cü ildə müvəqqəti olaraq Filippinin şimalına “Typhon” raketləri yerləşdirib, lakin onlar bu günə qədər orada qalır. Çin və Rusiya dəfələrlə regionda buna etiraz ediblər. Sentyabr ayında Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqton və Tokiodan “Typhon” raketlərini dərhal Şərqi Asiyadan çıxarmağı tələb edib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
