Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

ABŞ-də 1-i uşaq olmaqla 3 nəfər güllələnib

ABŞ-nin Orlando ştatında biri uşaq olmaqla 3 nəfər güllələnib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polis tviterdə məlumat yayıb.

Bildirilib ki, hadisə gecə baş verib. Polis məişət zorakılığı ilə bağlı çağırışla zərərçəkənlərin evinə gedib. Gələndən dərhal sonra polis evdən silah səsləri eşidib. Hadisəni törədən şəxs evdən çıxaraq onlara atəş açmağa başlayıb. İdarənin bildirdiyinə görə, polisin cavab atəşindən sonra o, yerindəcə keçinib.

“Evdə güllə yaraları olan üç nəfər tapılıb, onların arasında uşaq da olub… Hər üçü ölüb”, – polisin sosial şəbəkədəki səhifəsində qeyd olunub.

Məlumata görə, polis hadisə törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirə bilib. O, 29 yaşlı afroamerikalı Lakorvis Tamar Deylidir.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …