Çərşənbə , 18 Mart 2026
Drone Cameras

ABŞ-də saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı

ABŞ-də saxlanılan azərbaycanlı alim Şövqi Hüseynov sərbəst buraxılıb.

O bu haqda feysbuk hesabında paylaşım edib:

“Bütün sənədlərim leqal və öz yerində olduğu üçün bu gün evimdəyəm. Minlərlə e-mail almışam. Hamınıza bir-bir təşəkkür edirəm”.

Xatırladaq ki, Baffalo Universitetində çalışan Ş. Hüseynov bir müddət əvvəl İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) Batavia şəhərindəki təcridxanasında saxlanılmışdı.

Professorun ölkədən deportasiya ediləcəyi gözləndiyi haqda xəbərlər yayılmışdı.

Onun saxlanılmasına səbəb olan hadisə isə yanvarın 7-də qeydə alınmışdı.

Belə ki, Ş.Hüseynov həmin gün avtomobillə Baffalo şəhərini Kanadanın Ontario şəhəri ilə birləşdirən Niaqara çayının üzərində yerləşən “Peace” körpüsünü keçib və səhvən Kanada ərazisinə daxil olub. Alim geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılıb.\\Milli.Az 

Check Also

Bakıda SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli hesab etməyiblər – MƏHKƏMƏ

Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin …