Çərşənbə , 11 Mart 2026
Drone Cameras

ABŞ-də yaşayan Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırılıb

ABŞ-də yaşayan və həmin ölkədə Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə İctimai Televiziya məlumat yayıb.

Belə ki, hazırda ABŞ-də yaşayan 1952-ci il təvəllüdlü Vaqif Allahverdiyev, həmin ölkədə adı Viktor Aleksandr kimi təqdim edilən şəxs barəsində Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

“Vaqif Allahverdiyevə izah edilir ki, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir”, – bildirişdə qeyd olunub.

Check Also

İranda müharibə bitmir: ABŞ-nin planı buna görə tam işləmədi – ŞOK DETALLAR

Dünyanın diqqəti ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara yönəlib. Müharibə həm regionda, …