Bazar ertəsi , 20 May 2024
Drone Cameras

ABŞ-da atışma olub, ölənlər və xəsarət alanlar var

ABŞ-da atışma olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “NewsOn6” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Oklahoma ştatında olub. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 02:00) Talsa şəhərində tibb mərkəzində qeydə alınan silahlı insident zamanı çox sayda insanın xəsarət aldığı bildirilir.

“Tulsada həkim kabinetində baş verən atışmada bir çox insan yaralanıb…”, – hüquq-mühafizə orqanının rəsmisi kanala istinadən bildirib.

“Associated Press” (AP) agentliyi isə polisə istinadən xəbər verir ki, atışma zamanı bir neçə nəfər ölüb.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin güllələndiyini güman edir.

“Biz onu vurduq, yoxsa o özü özünü güllələdi, bilmirəm”, – polis əməkdaşlarından biri telekanala deyib.

NBC telekanalı isə bildirib ki, atışma zamanı azı 4 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

Yaralıların vəziyyəti və hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …