Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bayden Stoltenberqlə NATO sammitinə hazırlığı müzakirə edəcək

ABŞ Prezidenti Cozef Bayden cümə axşamı günü NATO-nun baş katibi Yens Stoltenberq ilə alyansın 28-30 iyunda Madriddə keçiriləcək sammitinə hazırlığı müzakirə edəcək.

Boyukmillet.com  xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Prezident sabah Ağ Evdə NATO-nun baş katibi Stoltenberq və özünün milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə görüşəcək. Onlar NATO-nun Madriddə keçiriləcək sammitinə hazırlıq və transatlantik alyansımızın gücünü müzakirə edəcəklər”, – o deyib.

Check Also

Çin və ABŞ tarif vergilərinin qarşılıqlı azaldılmasını müzakirə edib

Çin və ABŞ arasında ikitərəfli ticari-iqtisadi konsultasiya mexanizmi çərçivəsində ilk ticarət şurasının iclası keçirilib.Boyukmillet.com xəbər …