Bazar , 29 Mart 2026
Drone Cameras

ABŞ-da festivalda atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Oklahoma ştatında açıq havada keçirilən festivalda atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə bazar günü şahidlərə və ştatın İstintaq Bürosuna istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Büronun məlumatına görə, yaralananlar arasında iki azyaşlı da var. Zərərçəkənlərin vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

Agentlik aydınlaşdırıb ki, hazırda atəş açan şəxs saxlanılmayıb. AP şübhəlilərin olub-olmaması barədə məlumat verməyib.

Check Also

Tramp: İranda zərbə endirməli olduğumuz 3 500-dən çox hədəf qalıb

ABŞ hərbçiləri İranda hələ 3 500-dən çox hədəfi vurması lazımdır. Boyukmillet.com-un məlumatına görə, ABŞ Prezidenti …