Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Yaponiya Ukraynaya 1,7 milyon dollar ayıracaq

Yaponiya hökuməti Ukraynaya 1,7 milyon dollar məbləğində təcili yardım ayıracaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Ukrayna tərəfinə yardım Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisi (UNOPS) vasitəsilə ötürüləcək.

Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, Tokio beynəlxalq ictimaiyyətin Ukraynaya dəstək səylərinə töhfə verməkdə davam edəcək.

BMT-nin məlumatına görə, fevralın 24-dən indiyədək 8 milyondan çox Ukrayna vətəndaşı qaçqın və ya məcburi köçkünə çevrilib. Yaponiya son üç ayda 1 055 ukraynalını qəbul edib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …