Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

ABŞ-da güclü qasırğa binaları dağıdıb, bir neçə nəfər xəsarət alıb

Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb.

Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb.

“Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı”, – yerli İctimai Təhlükəsizlik xidmətinin rəhbəri Fred Xarran deyib.

Qasırğa səbəbindən Baks dairəsində dairəsində azı yeddi min sakin işıqsız qalıb.

Check Also

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırır – SƏBƏB

Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin …