Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

ABŞ-da qatar qəzası zamanı 3 nəfər ölüb, 13 sərnişin yaralanıb

ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə CNN telekanalının efirində ştatın Yol Patrulunun sözçüsü Castin Dann məlumat verib.

“Qatarda olan 2 nəfər, həmçinin yük maşınında olan bir nəfər (qəza keçiddə lokomotivlə yük maşınının toqquşması nəticəsində baş verib-red) həlak olub”, – o deyib.

O, bildirib ki, ölənlərin sayı arta bilər.

Telekanal əlavə edib ki, zərərçəkənlərin sayı 13 nəfərə çatıb. Hendrik Tibb Mərkəzi qəza zamanı dörd zərərçəkənin, Missuri Universiteti yanında xəstəxana – daha doqquz yaralını qəbul etdiyini açıqlayıb.

Check Also

İran düşmənin hərbi və hökumət rəsmilərinin iqamətgahlarını qanuni hədəf elan edib

İran bildirib ki, ona qarşı münaqişədə iştirak edən ölkələrin hərbi komandanlarının və hökumət rəsmilərinin iqamətgahları …