Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb

Rusiya hərbçilərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət xəbər yayıb.

Hazırda hücum zamanı 59 nəfərin xəsarət alması məlumdur. Onlardan 25-i xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada dünyasını dəyişib.

Xilasedicilər dağıntılar altından 11 nəfərin meyitini çıxarıblar. Ölən və yaralananlarla bağlı məlumat dəqiqləşdirilir.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …