Çərşənbə , 18 Dekabr 2024
Drone Cameras

ABŞ Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Gürcüstanda “demokratiyanın zəiflədilməsi” səbəbilə təxminən 20 Gürcüstan vətəndaşına qarşı viza məhdudiyyətlərinin tətbiq edildiyini elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Current Times” sanksiyaların nazirləri, parlament üzvlərini, hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin əməkdaşlarını, eləcə də ayrı-ayrı şəxsləri əhatə edəcəyini bildirib.

“ABŞ “Gürcü Arzusu” partiyasının Gürcüstan vətəndaşlarına, o cümlədən etiraz iştirakçılarına, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifət fəallarına qarşı davam edən amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir,” – deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Millerin bəyanatında qeyd olunur.

Onun sözlərinə görə, ABŞ Gürcüstanda demokratiyanı zəiflədən şəxsləri məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayır.

“Biz Gürcüstan xalqı ilə birlikdə güclü, çiçəklənən, demokratik və Avroatlantik birliyə sıx inteqrasiya olunmuş bir Gürcüstan görmək istəyirik. Bu gün atdığımız addımlar ABŞ-nin qətiyyətini göstərir və daha əvvəl “Gürcü Arzusu” partiyası ilə əlaqəli 100-dən çox şəxs və onların ailə üzvlərinə qarşı elan edilmiş tədbirləri tamamlayır,” – o bildirib.

ABŞ Gürcüstan parlamentinin “Xarici təsir haqqında” Qanunu qəbul etməsindən sonra sanksiyalar tətbiq etməyə başlayıb. Viza məhdudiyyətlərinin tətbiq olunduğu ilk siyahıya hakim “Gürcü Arzusu” partiyasının üzvləri, parlament deputatları, güc strukturlarının əməkdaşları və onların ailə üzvləri daxil edilib.

Parlament seçkilərindən sonra başlayan etirazların yatırılmasına görə, Baltikyanı ölkələr hakim Rusiya yönümlü “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib. Ukrayna İvanişvilini və daha 18 nəfəri sanksiya siyahısına daxil edib. Böyük Britaniya isə Gürcüstana göstərilən bütün yardım proqramlarını dayandıracağını və Gürcüstan hökuməti ilə əməkdaşlığı məhdudlaşdıracağını bəyan edib.

Check Also

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəkləmək niyyətindədir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, …