Bazar , 15 Mart 2026
Drone Cameras

ABŞ hökuməti nüvə sınaqlarını bərpa etməyə ehtiyac görmür

ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) mütəxəssisləri Vaşinqtonun indi nüvə sınaqlarını bərpa etməyə ehtiyac duymadığını hesab edirlər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında fəaliyyət göstərən NNSA-nın rəhbərinin birinci müavini Frenk Rouz bildirib.

“Amerika qanunlarına görə, prezident bizə göstəriş verərsə, biz nüvə sınaqlarına hazırlığımızı saxlamalıyıq, lakin NNSA hesab edir ki, nüvə arsenalımızın idarə edilməsinə sərmayələrimizi nəzərə alaraq, sınaqlara qayıtmağa ehtiyac yoxdur”, – o, Vaşinqtonun Brukinqs İnstitutunda çıxışı zamanı deyib. Rouz əlavə edib ki, ABŞ-ın hazırda belə planı da yoxdur.

Check Also

İsveçrə ABŞ-yə “yox” dedi: İran müharibəsi ilə bağlı uçuşlara icazə verilmədi

İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib. …