Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

ABŞ-ın hərbi qüvvələri kosmosa yerləşdirmə planı var

ABŞ Kosmik Qüvvələri bir gün hərbi personalını kosmosa yerləşdirə bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar Komandanlığının rəhbəri general-mayor Con Şou bildirib.

“Nə vaxtsa, bəli, insanları kosmosa göndərəcəyik. Onlar hardasa Ay mühitində və ya başqa bir yerdə komanda mərkəzlərini idarə edə bilər”, – “Air Force Magazine” Şoudan sitat gətirib.

Qeyd edək ki, 2019-cu ilin dekabrında ABŞ-da Kosmik Qüvvələr yaradılıb və Con Reymond 2020-ci ilin yanvarında Kosmik Komandanlığın komandiri təyin edilib. Komandanlığın doktrinal sənədlərində, lazım gələrsə, ABŞ Kosmik Qüvvələrinin hücum əməliyyatları apara biləcəyi və Yerdə və kiberməkanda obyektlərə hücum edə biləcəyi bildirilir.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …