Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ Konqresmeni: “Ermənistan bölgədə sülhün bərqərar olmasına mane olub”

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen (Steve Cohen) Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Boyukmillet.com xəbər verir ki, Konqresmenin imzaladığı bəyanatda Azərbaycan tarixində ən dəhşətli faciələrdən olan Xocalı soyqırımı haqqında müfəssəl məlumatlar yer alıb:

“Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı bir vaxtlar 7 000 insanın xoşbəxt yaşadığı şəhər idi. Bu, Ermənistanın etnik azərbaycanlıların, mülki əhalinin yer üzündən silinməsinə yönəlmiş ən böyük qətliamı idi. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri 600-dən çox silahsız insanı, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı qətlə yetirərək yüzlərlə insanı girov aldı. Qətiam nəticəsində 100-dən çox uşaq valideynlərini, 25 uşaq isə hər iki valideynini itirib və ən az 8 ailə tamamilə öldürülüb”-məlumatda deyilir.

Konqresmen qeyd edib ki, iki ölkə arasında 1994-cü ildən atəşkəs əldə olunsa da, Ermənistan barışcıl mövqedən uzaq addımlar atıb, bölgədə sülhün bərqərar olmasına mane olub. Sənəddə Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin mövcudluğu üçün səylərindən bəhs olunub.

S.Kohen bəyanatında Azərbaycanın ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. Sənəddə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan da, bəhs olunub.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …