Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ məmurlarına işdən çıxacaqları halda səkkiz aylıq maaş təklif edilib

ABŞ hakimiyyəti federal hökumət məmurlarına öz istəkləri ilə işdən çıxmaq üçün ərizə verəcəkləri halda təzminat olaraq səkkiz aylıq maaş ödəməyi təklif edib.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Yüz minlərlə insanın bu təklifi qəbul edəcəyi gözlənilir.

Məlumata görə, bu təklifin əks olunduğu məktub əvvəllər məsafədən iş rejimindən ofisə qayıtmaq göstərişi verilən məmurlara göndərilib. Əgər onlar fevralın 6-dək öz istəkləri ilə işdən çıxmaq barədə ərizə versələr, sentyabrın 30-na qədər nəzərdə tutulan bütün ödənişləri ala biləcəklər.

“COVID-dən beş il keçib və federal məmurların yalnız 6 %-i ofisdə tam iş günü işləyir. Bu, qəbuledilməzdir”, – ABŞ administrasiyasının yüksək vəzifəli məmuru “Axios”a bu təşəbbüsü şərh edib.

“Ağ Ev federal məmurların 5-10 %-nin təklifi qəbul edəcəyini gözləyir ki, bu da potensial olaraq yüz minlərlə insanın işdən çıxa biləcəyi deməkdir”, – portal vurğulayır.

Federal hökumətin hesablamalarına görə, göstərilən sxem vergi ödəyicilərinə ildə 100 milyard dollara qədər vəsaitə qənaət etməyə imkan verəcək. “Axios”un məlumatına görə, təklif poçt işçiləri, immiqrasiya nəzarəti xidmətlərinin və xüsusi xidmət orqanlarının əməkdaşları, həmçinin hərbçilər istisna olmaqla bütün federal məmurlara şamil edilir.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …