Şənbə , 14 Mart 2026
Drone Cameras

ABŞ-nin bir neçə hərbçisi helikopter qəzasında həlak olub

ABŞ-nin şimal-qərbində Vaşinqton ştatında helikopterin qəzaya uğraması nəticəsində ölkənin 4 hərbçisi həlak olub.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Associated Press” ABŞ Ordusunun Xüsusi Əməliyyatlar Komandanlığına istinadən məlumat yayıb.

Məlumata görə, helikopter sentyabrın 17-də axşam saatlarında təlim uçuşu həyata keçirirmiş və Lyuis-Makkord Hərbi Hava Qüvvələri bazası yaxınlığında uçub. Təyyarədə dörd nəfər olub, onların adları hələ açıqlanmır.

Qəzanın səbəbi müəyyən edilməyib.

Hadisə barədə daha əvvəl Tyorston dairəsi şerifnin aparatı məlumat yayıb.

Check Also

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb. Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd …