Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

ABŞ-nin patrul təyyarəsi SEPAH-ın təlim keçirdiyi rayon üzərində kəşfiyyat aparıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin “P-8A Poseidon” patrul və sualtı qayıqlara qarşı təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlərinin keçirildiyi Hörmüz boğazı üzərində kəşfiyyat uçuşu həyata keçirib.

“Report” un İnterfaks agentliyinə və “Flightradar24” aviasiya resursunun məlumatlarına istinadən xəbərinə görə, təyyarə Bəhreyndəki Şeyx İsa aviabazasından havaya qalxıb.

Bir neçə saat davam edən əməliyyat zamanı o, Hörmüz boğazı üzərində uçuşlar həyata keçirərək Fars və Oman körfəzləri arasında manevrlər edib. Uçuşlar təxminən 6 min metr hündürlükdə icra olunub.

İranın Hörmüz boğazında keçirdiyi təlimlərdə ehtimal edilən hərbi əməliyyat ssenariləri məşq olunur. “Fars” agentliyinin məlumatına görə, sualtı qayıqlar səth hədəflərinin məhv olunmasını sınaqdan keçirir, dənizdən və qurudan qanadlı raket buraxılışları edilir, radioelektron mübarizə şəraitində fəaliyyət göstərə bilən yeni raket növləri istifadə olunur.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …