Bazar , 19 Yanvar 2025
Drone Cameras

ABŞ prezidenti Əfqanıstan qaçqınları üçün 500 milyon dollar ayırıb

ABŞ prezidenti Cozef Bayden Əfqanıstandan olan qaçqınlara yardım üçün 500 milyon ABŞ dolları ayırmağı qərara alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Cozef Baydenin imzaladığı, Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış memorandumda deyilir ki, 500 milyon ABŞ dolları məbləğində vəsait qaçqınların, Əfqanıstanda yaranmış vəziyyət nəticəsində risklə üzləşənlərin, münaqişə qurbanlarınınn və başqa şəxslərin zəruri ehtiyaclarının təmin olunmasına yönəldiləcək.

Daha əvvəl Pentaqonun nümayəndələri bildiriblər ki, ABŞ ərazisində (Virciniya, Texas və Viskonsin ştatları-red) üç hərbi baza Əfqanıstandan təxliyyə edilən 22 min vətəndaşı qədər qəbul etməyə hazırlaşır.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …