Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ, Türkiyə, Ukrayna prezidentləri BMT Baş Assambleyasında çıxış edəcəklər

Bir sıra ölkələrin prezidentləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etməyi planlaşdırırlar.

Boyukmillet.com  xəbər verir ki, bu barədə TASS Assambleyanın proqramına istinadən məlumat yayıb.

Məlumata görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya rəhbərləri BMT-nin ənənəvi toplantısında çıxış edəcəklər.

Bundan başqa Böyük Britaniyanın, Haitinin, Gürcüstanın, İsrailin, İtaliyanın, Kanadanın, Pakistanın və Yaponiyanın hökumət başçılarının beynəlxalq təşkilatda çıxışları gözlənilir.

Baş Assambleyanın yüksək səviyyəli həftəsi sentyabrın 21-də başlayacaq.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …