Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

ABŞ Prezidenti İsveç və Finlandiyanın NATO-ya sürətlə üzv olmasını dəstəkləyir

ABŞ prezidenti Cozef Bayden NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə təhlükəsizlik sahəsində bütün müttəfiqlərin maraqları nəzərə alınmaqla Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin sürətlə davam etməsi üçün səyləri dəstəklədiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Görüşdə ABŞ-ın vitse-prezidenti Kamala Harris də iştirak edib. Bayden, Harris və Stoltenberq Rusiyanın Ukraynadakı müharibəsinin transatlantik təhlükəsizliyə təsirini, həmçinin NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirməyin vacibliyini müzakirə ediblər.

“Onlar, həmçinin Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərini alqışladılar və Prezident Bayden Baş Katib Stoltenberqin bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edən sürətli üzvlük prosesini asanlaşdırmaq səylərinə güclü dəstəyini ifadə etdi”, – bəyanatda deyilir.

Check Also

İsrail ABŞ-ni İranla bağlı planı barədə xəbərdar edib

İsrail ABŞ-yə müstəqil şəkildə İrana zərbə endirə biləcəyini bildirib. Boyukmillet.com-un məlumatına görə, bu barədə “İnterfaks” …