Şənbə , 10 Yanvar 2026
Drone Cameras

ABŞ rəsmən elan etdi: Ankaranı dəstəkləyirik

Vaşinqton Moskva və Dəməşqi Suriyanın şimal-qərbindəki situasiyanın eskalasiyasında ittiham edib.

Boyukmillet.com xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft deyib. O, ABŞ-ın Ankaranın fəaliyyətini dəstəklədiyini bildirib:

“Biz Rusiya nümayəndə heyətinin Türkiyəni ittiham edən bəyanatını inkar edirik. Suriyanın şimal-qərbindəki hərbi kampaniyanın keçirilməsi və təşkilinə görə məsuliyyəti Türkiyənin yox, Əsədlə Rusiyanın daşıyacağına dair heç bir şübhə yoxdur. Biz Türkiyənin, NATO üzrə müttəfiqimizin qanuni maraqlarını dəstəkləyirik”.

Check Also

Elçibəyin oğlu Nemət Pənahlını MƏHKƏMƏYƏ VERİR

Azərbaycanın keçmiş Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən …