ABŞ Səudiyyə Ərəbistanına 100 milyard dollarlıq amerikan silahı almağı təklif edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanına ümumi dəyəri 100 milyard dollardan çox olan Amerika silahlarının satışı haqqında sövdələşmə bağlamağı təklif etməyi planlaşdırır.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Təklifin 2025-ci ilin may ayında Trampın krallığa planlaşdırılan səfəri zamanı səsləndirilməsi planlaşdırılır. Agentlik qeyd edib ki, Co Baydenin rəhbərlik etdiyi əvvəlki ABŞ administrasiyası krallıq və İsrail arasında münasibətlərin normallaşdırılması sazişinin bir hissəsi olmalı olan Səudiyyə Ərəbistanı ilə razılaşmanı yekunlaşdıra bilməyib.
Xüsusilə Trampın sələfi Səudiyyə Ərəbistanına Çindən silah almaqdan çəkinməsi və Pekinin ölkəyə əlavə sərmayə qoymasını qadağan etməsi müqabilində ABŞ-nin qabaqcıl silah sistemlərinə daha geniş çıxış təklif edirdi. Eyni zamanda, “Reuters” hazırkı administrasiyanın təklifinin oxşar tələbləri əhatə edib-etmədiyini müəyyən edə bilməyib.
İki mənbənin məlumatına görə, “Lockheed Martin” korporasiyası Səudiyyə Ərəbistanına C-130 hərbi nəqliyyat təyyarələri tədarük edə bilər. Onlardan biri qeyd edib ki, konsern həmçinin ölkəyə raketlər və radarlar satmağı planlaşdırır. Daha dörd həmsöhbət bildiriblər ki, hərbi tədarüklərdə əhəmiyyətli rol həmçinin aerokosmik məhsullar istehsal edən “RTX Corporation”a (əvvəlki adı – Raytheon Technologies) ayrılıb. Ondan əlavə, “Boeing”, “Northrop Grumman və General Atomics” öz sövdələşmələrini imzalaya bilərlər.