Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

ABŞ Ukraynaya 1 milyard dollara yaxın hərbi yardım ayırıb

Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edib.

Boyukmillet.com xəbər verir ki, vəsait Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb.

Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir.

Check Also

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 42 milyard dolları ötüb

ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirmək üçün xərcləri, demək olar, 37 sutka davam edən aktiv …