Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ və Ermənistan Vaşinqton razılaşmalarının icrasına başlayıb

ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi Xidməti Ermənistanın sərhəd qüvvələri ilə birlikdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində investisiya tələb edən istiqamətləri dəqiqləşdirərək, analitik metodologiya hazırlayacaq.

Boyukmillet.com-un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, bu işlər avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində həyata keçiriləcək.

“ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin komandası 29 sentyabr-11 oktyabr tarixlərində Ermənistan sərhəd qüvvələri ilə birlikdə “Boşluqların/imkanların analizi” prosesi vasitəsilə imkanları qiymətləndirəcək və təkmilləşdirilməsi tələb olunan istiqamətləri müəyyən edəcək. Digər yerlərdə uğurla tətbiq edilmiş bu analitik metodologiya sərhəd təhlükəsizliyini gücləndirməyə kömək edəcək”, – məlumatda bildirilib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …