Çərşənbə axşamı , 10 Mart 2026
Drone Cameras
Smoke billows after an Israeli strike on Beirut's southern suburbs, following an escalation between Hezbollah and Israel amid the U.S.-Israeli conflict with Iran, Lebanon, March 2, 2026. REUTERS/Mohamed Azakir TPX IMAGES OF THE DAY

ABŞ və İsrail İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb

ABŞ və İsrail aviasiyası fevralın 28-dən həyata keçirdikləri birgə əməliyyat nəticəsində İranın 18 əsas aviabazasından 10-nu sıradan çıxarıb.

Boyukmillet.com  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin “Alma” müdafiə tədqiqatları mərkəzi məlumat yayıb.

Tehranın Mehrabad hava limanında, Təbriz, Şiraz, Konarak, İsfahan, Kirmanşah və Zahedanda yerləşən ən böyük aviabazalar da onların sırasındadır ki, bu da İranın öz taktiki aviasiyasından istifadə imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.

Bundan başqa, əsas aviabazalarla yanaşı, taktiki aviasiya tərəfindən istifadə oluna bilən İranın doqquz aerodromu da zərbələrə məruz qalıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən İrana qarşı hərbi əməliyyat keçirir.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …