Bazar , 19 Yanvar 2025
Drone Cameras

ABŞ vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti bugünlərdə Ukraynada həlak olan vətəndaşının ailəsi ilə əlaqə saxlayır.

“ABŞ vətəndaşları aktiv silahlı münaqişə və Rusiya kəşfiyyat orqanlarının təhdidinə görə Ukraynaya səfər etməməlidir. Ukraynadakı ABŞ vətəndaşları hər hansı kommersiya və ya digər şəxsi yerüstü nəqliyyat variantından istifadə etmək təhlükəsiz olarsa, dərhal bu ölkəni tərk etməlidirlər”, – Dövlət Departamentinin sözçüsü bildirib.

Qeyd edək ki, daha əvvəl “Newsweek” Ukraynada daha bir amerikalının həlak olduğunu xəbər verib. Məlumata görə, o, könüllü olub.

Bundan əvvəl isə Ukraynada daha üç amerikalı öldürülüb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …