Şənbə , 10 May 2025
Drone Cameras

ABŞ Yəmənə zərbə endirib

ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbə endirib, hücumun hədəfi husilərin Ənsar Allah hərəkatının qanadlı raketi olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Fevralın 4-ü Səna vaxtı ilə saat 04:00-da CENTCOM qüvvələri özünümüdafiə məqsədilə Qırmızı dənizdəki gəmilərə atılmağa hazır olan husilərə məxsus qanadlı raketə zərbə endirib. ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan ərazidə qanadlı raket aşkarlayıb və bunun bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə olduğunu müəyyən edib”, – CENTCOM-un sosial şəbəkədə dərc olunmuş açıqlamasında qeyd olunub.

Check Also

ABŞ Energetika Nazirliyi: Amerika termonüvə bombalarının seriyalı istehsalına başlayır

Birləşmiş Ştatlar mayın sonlarında – qrafikdən təxminən bir il tez ən yeni B61-13 termonüvə aviabombalarının …