Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Abşeronda 40 yaşlı kişi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildi

Abşeron rayonunda qətl törədilib.

Boyukmillet.com-un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Baxışov Anar Müstəcəb oğlu mübahisə zəminində yeddi bıçaq zərbəsi alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin çoxlu qan itirdiyindən həkimlər A.Baxışovun həyatını xilas edə bilməyiblər.

Hadisənin təfərrüatı Abşeron Rayon Prokurorluğunda araşdırılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …