Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Abşeronda mənzildə kişi meyiti aşkarlanıb

Abşeronda mənzildə kişi meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Check Also

Ata qızını öz məzarını qazmağa məcbur edib və öldürüb

Çeçenistanda 25 yaşlı qadının qətli ilə bağlı sarsıdıcı iddialar yayılıb. Kurçaloi kənd sakini Samradi Muzayevin …