Cümə , 19 Aprel 2024
Drone Cameras

Abşeronda şəhid Vidadi Zalovun anım mərasimi keçirildi

Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, müharibədən sonrakı dövrdə hərbi vəzifələrini yerinə yetirərkən 11 aprel 2023-cü ildə Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Vidadi Zalovun 40 mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında keçirilən anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak edib.

Mərasimdə şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib. Daha sonra şəhidin əziz xatirəsinə ehsan təşkil olunub.

Şəhid Vidadi Zalovun ailəsi onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə ediblər.

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan şəhid Vidadi Zalov ali təhsil aldıqdan sonra Müdafiə Nazirliyinin “Müddətdən artıq həqiqi hərbi xidmət” kurslarına yazılmış və həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qoşulmuşdu.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …