Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Babacanın yaxın adamı istefa verdi

Türkiyədə DEVA Partiyasının sədr müavini İkram Dinçər vəzifəsindən istefa verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İ.Dinçər istefa qərarının səbəbini Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turundan sonra açıqlayacağını bildirib.

Bununla yanaşı, Dinçərin Tvitter profilinə “23-cü dönəm AKP millət vəkili” ifadəsini əlavə etməsi də diqqət çəkib.

Qeyd edək ki, DEVA Partiyasının sədri Əli Babacandır.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …