Cümə , 26 Aprel 2024
Drone Cameras

Naxçıvanın ekologiya və təbii sərvətlər naziri və müavini vəzifəsindən azad ediliblər

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və nazir müavini Bədəl Həsənov vəzifələrindən azad olunublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncamlar imzalayıb.

Digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün X.Mustafayevi kollektivə təqdim ediblər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Mustafayev bu təyinatadək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. O, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.

Check Also

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar: “Kipr türklərinə qarşı böyük haqsızlıq edilir”

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Annan Planı Referendumunun 20-ci ildönümündə Kipr türk xalqına …