Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

ADPU-ya növbəti 5 il üçün akkreditasiya şəhadətnaməsi təqdim olunub

Avqustun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) rektor professor Cəfər Cəfərov ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova arasında görüş keçirilib.

Rektor Cəfər Cəfərov vurğulayıb ki, ali təhsil müəssisələrinin institusional akkreditasiyası üzrə detallı meyarların hazırlanması və akkreditasiya prosesinin keçirilməsi hər bir ali məktəbə, o cümlədən ADPU-ya öz fəaliyyətinə meyarlar əsasında obyektiv xarici baxışla tanış olmaq və növbəti strateji planlaşdırmalarında bu nəticələrə istinad etməyə imkan verir. Rektor bildirib ki, ADPU kollektivi universitetin 2016-2022-ci illərdəki fəaliyyətini əhatə edən institusional akkreditasiya prosesindən uğurla keçib.

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova akkreditasiya prosesinin təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulması və tətbiqinə xidmət etdiyini diqqətə çatdıraraq, akkreditasiya prosesini uğurla başa vurduğuna görə ADPU kollektivini təbrik edib, Universitetə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çıxış edən ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov diqqətə çatdırıb ki, institutisional akkreditasiya prosesini uğurla tamamlayan ADPU növbəti mərhələ kimi proqram akkreditasiyasını səbirsizliklə gözləyir.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri rektor Cəfər Cəfərova Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il tarixli qərarı ilə ADPU-nun 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni təqdim edib.
Sonda TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova ADPU-nun qonaq kitabına ürək sözlərini qeyd edib.

Check Also

Naxçıvanda: Naziri tənqid edən müəllim işdən çıxarılıb

Səriyyə Qəmbərova nazirin qəzəbinə tuş gəldiyini, məktəb direktoru tərəfindən döyüldüyünü iddia edirSəriyyə Qəmbərova 2007-ci ildən …