Bazar ertəsi , 20 May 2024
Drone Cameras

ADU-da Azərbaycan multikulturalizmi fənni üzrə tədris qrafikinə uyğun mühazirə təşkil olunub

19.04.2022 – ci il tarixində ADU-nun Magistratura Şöbəsi və Fəlsəfə kafedrasının təşkilatçılığı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri fəlsəfə doktoru Rəşad İlyasovun tədris etdiyi Azərbaycan multikulturalizmi fənni üzrə tədris qrafikinə uyğun “Azərbaycanda multikulturalizm: Tarixi, mahiyyəti və əsas xüsusiyyətləri mövzusunda mühazirə təşkil olunmuşdu.

Mühazirə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı dosent Ceyhun Məmmədovun iştirakı ilə baş tutdu. Tədbiri giriş sözü açan Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva tələbələri salamladı, dosent Ceyhun Məmmədovu tələbələrə təqdim etdi və sözü Ceyhun Məmmədova verdi. Ceyhun Məmmədov öz növbəsində Rəşad İlyasovla birgə mövzu ətrafında mühazirələrini davam etdi.

Görüş zamanı Azərbaycanın multikultural dəyərləri və çoxəsrlik tolerantlıq ənənələrindən, nümunəvi dövlət-din münasibətlərindən söz açan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı dosent Ceyhun Məmmədov ölkəmizdə tarixə nəzər yetirdikdə zaman boyu müxtəlif dinlərə, mədəniyyətlərə, etnik qrupların nümayəndələrinə qarşılıqlı hörmətin mövcudluğundan və bu ənənənin günümüzdə də yüksək şəkildə davam etdiyindən bəhs etdi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri fəlsəfə doktoru Rəşad İlyasov da öz növbəsində dünyada tolerantlığından, dinlərarası dialoqda aktiv iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyi haqqında gemiş və ətraflı məlumat verdi.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması və maraqlı müzakirələr çərçivəsində yekunlaşdı.

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …