Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

AEBA rəhbəri: “Şübhələri aradan qaldırmaq üçün İranda baş verənləri təftiş etməliyik”

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda təmsil olunmalı və şübhələri aradan qaldırmaq üçün baş verənləri təftiş etməliyik”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İranda uranın zənginləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, təşkilat artıq İranda təftiş aparır.

“İran ilə dialoqumuzu, təmaslarımızı ən yüksək səviyyədə saxlamağımız çox vacibdir”, – o bildirib və əlavə edib ki, İranın bəzi bölgələrində narahatlıq doğuran hadisələr baş verir.

Qrossi vurğulayıb ki, AEBA nümayəndələri əslində nə baş verdiyini aydınlaşdırmaq üçün hadisə yerində olmalıdır.

“Mən iranlı həmkarlarıma bunun vacib olduğunu söylədim. Ümid edirəm ki, görüşlər yüksək səviyyədə keçəcək”, – o fikrini tamamlayıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …