Bazar ertəsi , 20 May 2024
Drone Cameras

AFFA-ya yeni baş katib təyin olunub

AFFA-nın baş katibi dəyişib.

Boyukmillet.com-un məlumatına görə, bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib.

AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.

O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …