Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ağ ev: Vyetnamda Tramp və Putinin görüşü olmayacaq

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamda keçirilən sammitində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında formal görüş olmayacaq. Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat verib.

Boyukmillet.com xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, bunun səbəbi Ağ ev başçısının qrafikinin sıxlığı ilə izah olunur.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, görüşün razılaşdırılması istiqamətində iş gedir və hələlik aydınlıq yoxdur. Bundan əvvəl Kreml və Vaşinqton prezidentlərin APEC sammiti çərçivəsində görüşünü istisna etmirdilər.

Vladimir Putin artıq Vyetnama gəlib. Onun Yaponiya, Çin, Filippin, Vyetnam və digər ölkələrin liderləri ilə ikitərəfli görüşləri planlaşdırılır.

 

Boyukmillet.com

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir