Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Ağaevli Əli Hacıdan İKİ ŞEİR

Öləndə məni çağır

Bir az oturub,gülək !

Bu vaxt bizi öldürür,

Biz də vaxtı öldürək !

Aparmağa yükün çox,

Qoy,bir az mən boşaldım !

Deməsinlər bu üzdən,

O,üzə çox daşıdın !

Nəyin var tök başından,

Boşalt qəlbini,bosal !

Ən gözəl şəkil seçək

O, nisyə mərmər daşa !

İstilər soyuq gəlir,

Yandır kağız şəklini !

Sonra nəvən cıranda,

Oğul kəsməsin əlin !

Öləndə məni çağır,

Tək yola salım səni !

Mən ölüm sən yerinə,

Qadoyu alım sənin !

***

Allah qapısın açmadı,

Könlümün qapısın açdım !

Çox çürümüş Adamların,

Içinin pasını açdım !

Hər gün yol gedən qəhərin,

Özüyçün doğan səhərin,

Kimdilər ?! Gizlədib bəli,

Kiməsə yarısın açdım !

Mənə,sənə dönmək üçün,

Ağlıma aldım bir ölçü !

Sirrini öyrənmək üçün,

Dünyanın yarasın açdım !

Söz haqqının yerin görüb,

Can,süfrədə yerin bilib !

Dünyanın əvvəllin görüb,

Qalana sonrasın açdım !

Adam–Mələk,söz də-çörək,

Yaradan-tək,yaranan–tək !

Mənim işim bitdi demək,

Ölümün qapısın açdım !

Check Also

Ataların dərk etmədiyimiz  böyük ürəyi-Ayna Fərhad yazır…

Evdən çıxanda içimdə qəribə bir hiss var idi. İntuisiyam məni bu günə qədər hələ aldatmayıb. …