Şənbə , 18 May 2024
Drone Cameras

Ağcabədi sakinində silah-sursat aşkarlanıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli rayon sakini Hüseyn Əhmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar aparılır.

Check Also

Nərimanovda 19 yaşlı gənci avtomobil vurub 

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir …